Azərbaycanda ən az qadın sahibkar bu regionlardadır - SİYAHI

12:58 / 17.10.2022
7684
Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 214 mini keçib.
Sfera.az rəsmi məlumatlara əsasən xəbər verir ki, fərdi sahibkarların 78,1 faizini kişilər, 21,9 faizini (266 min) isə qadınlar təşkil edib.
Qadın sahibkarlar daha çox Bakıda fəaliyyət göstərir. Bakıda qeydiyyatdan keçən sahibkarların 27,2 faizi qadındır.
Digər regionlarda qadın sahibkarın payı çox azdır. Cənub regionunda fərdi sahibkarın 10 faizi, Qazax-Tovuzda 7,2 faizi, Mərkəzi Aranda 7 faizi qadın sahibkarlardır. Ölkəmizdə ən az qadın sahibkar isə Şərqi Zəngəzur (0,4 faiz), Naxçıvan MR (2,8 faiz) və Dağlıq Şirvan (3,3 faiz) regionundadır.
Vasif,
Sfera.az