Azərbaycan əhalisinin gəliri ARTDI

13:05 / 17.10.2022
8187
Azərbaycan əhalisinin gəliri 20,2 faiz artıb.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı Dövlət Statistika Komitəsi yayıb.
Bu ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20,2 faiz artaraq 50,95 milyard manata çatıb.
Bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 5064,6 manatlıq gəlir düşüb.
Əhalinin sərəncamında qalan gəlirləri isə 45,46 milyard manat təşkil edib.
Vasif,
Sfera.az