Bill Qeytsin YENİ HƏDƏFİ: 1,2 milyard dollarlıq plan

11:45 / 17.10.2022
6861
İllər əvvəl koronavirusa bənzər pandemiya ilə üzləşə biləcəyimizi deyən Bill Qeyts daha bir maraqlı addım atıb.
Sfera.az bildirir ki, koronavirus peyvəndlərinə ciddi sərmayələr qoyan Qeytsin növbəti hədəfi bəlli olub.
“Fox News”un məlumatına görə, Bill Qeyts və onun keçmiş arvadı Melindanın rəhbərlik etdiyi fond dünya miqyasında poliomielit xəstəliyinin aradan qaldırılması səylərinin bir hissəsi olaraq 1,2 milyard dollar bağışlayıb. Bununla bağlı Bill Qeyts bu fikirləri deyib: “Poliomielit xəstəliyinin aradan qaldırılması qaçılmazdır. Ancaq hələlik xəstəlik təhlükə olaraq qalır. Birgə işləməklə buna son verə bilərik”.
Türkan,
Sfera.az