Azərbaycanda məhsul istehsalı 100 milyard manata çatdı - STATİSTİKA

Azərbaycanda məhsul istehsalı 100 milyard manata çatdı - STATİSTİKA

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 98,1 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. 


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu il əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ÜDM istehsalı 5,6 faiz artıb. 


ÜDM istehsalında artım iqtisadiyyatın qeyri-neft sektoru hesabına təmin olunub. Belə ki, iqtisadiyyatın neft-qaz sektorunda istehsal 2,5 faiz azaldığı halda, qeyri neft-qaz sektorunda 10,1 faiz artıb. Qeyri neft-qaz sektorundakı artımın hesabına iqtisadiyyatda ümumən böyümə qeydə alınıb.  


ÜDM istehsalının 52,2 faizi sənaye, 7,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4 faizi tikinti, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 faizi informasiya və rabitə sahələrində, 14,2 faizi isə digər sahələrdə həyata keçirilib. 


Əhalinin hər nəfərinə düşən ÜDM isə 9748,9 manata bərabər olub.

 

Vasif,
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR