Ərdoğan xəstəxanada müalicə alan yaralı mədənçilərə baş çəkdi - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartında mədəndə baş verən partlayış zamanı xəsarət alaraq müalicə üçün İstanbulda yerləşdirilən mədən işçilərini ziyarət edib.
Sfera.az Türkiyə mediyasına istinadən xəbər verir ki, Ərdoğan İstanbulun Çam və Sakura Şəhər Xəstəxanasında müalicəsi davam edən işçilərin sağlamlıq vəziyyəti ilə bağlı məlumatlandırılıb.
Jurnalistlərə açıqlama verən Türkiyə Prezidenti bildirib ki, yaralı işçilərlə bağlı bütün işlər həkimlər və aidiyyəti qurumlar tərəfindən icra edilir.
"5 yaralının vəziyyəti bir qədər ağırdır, onlardan yalnız biri ilə bir az söhbət etdik. Digərlərinə yaxın getmədik, sadəcə kənardan gördük və izlədik. Həkimlərimiz də bizə ətraflı lazımı məlumatlar verdilər. Əməliyyat olunanlar hal-hazırda yaxşı vəziyyətdədir. Həkimlərimiz 24 saat yanlarında olur, nə lazımdırsa edirlər. İnşallah dua edin buradakı 6 bacı-qardaşımızı sağalıb, geri dönsünlə”.
Gülər
Cumhurbaşkanı Erdoğan maden kazasında yaralanan işçileri hastanede ziyaret ediyor. pic.twitter.com/ToaHwnDvGg
— TRT Haber Canlı (@trthabercanli) October 16, 2022