Gəncədə 20 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlandı

Kriminal
22:51 / 16.10.2022
16375
Gəncə şəhərində 20 yaşlı qadın keçmiş əri tərəfindən bir neçə bıçaq xəsarəti alıb.
Sfera.az "Report"a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 20 yaşlı P.İsmayılova şəxsi münasibətlər zəminində bir müddət öncə boşandığı kişi tərəfindən bıçaqlanıb.
O, bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Cinayəti törətməkdə şübhəli bilinən şəxs isə hadisədən sonra qaçıb.
Faktla bağlı araşdırma aparılır.