Cəlilabadda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Cəlilabadda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, Uzuntəpə kəndində iki minik avtomobili toqquşub. Nəticədə rayon sakini, 2001-ci il təvəllüdlü E.İsayev ağır xəsarət alıb.

 

Yaralı xəstəxanaya aparılıb. Qəza zamanı xəsarət almış daha bir nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

 

Faktla bağlı araşdırma aparılır.Report


OXŞAR XƏBƏRLƏR