Suriyada 6 terrorçu zərərsizləşdirildi

Dünya
16:03 / 16.10.2022
6001
Suriyanın şimalında Fərat Qalxanı, Sülh bulağı və Zeytun budağı bölgələrinə hücum etməyə hazırlaşdıqları məlum olan 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən açıqlamada deyilir:
“Biz terrorçuları xain ambisiyalarına çatmamış zərərsizləşdirməyə davam edirik. Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalında Fərat Qalxanı, Zeytun Budağı və Barış bulağı bölgələrinə hücum etməyə hazırlaşdıqlarını təsbit etdikləri 6 PKK/YPG terrorçusunu zərərsizləşdirib”.