Nəzir qutusunu oğurladı: qandallandı 

Nəzir qutusunu oğurladı: qandallandı 

Gürcüstanın Marneuli rayonunun Rustaveli küçəsində aptekdən oğurluq edən şəxs saxlanılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

 

Vurğulanıb ki, artıq soyğunçu qandallanıb.

 

Onun aptekdəki sədəqə və nəzir qutusunu oğurladığı bildirilir.

 

Xatırladaq ki, ötən gün səhər saatlarında Marneulidə bir nəfər aptekin giriş qapısını sındıraraq içəri daxil olub və aztəminatlı ailələr üçün toplanılmış sədəqə qutusunu oğurlayıb.


OXŞAR XƏBƏRLƏR