Britaniyanın 539 illik sirri Kral Çarlz tərəfindən açılır - DNT testinə razılıq verildi

Britaniyanın 539 illik sirri Kral Çarlz tərəfindən açılır - DNT testinə razılıq verildi

Anasının ölümündən sonra taxta çıxan Kral Çarlz Britaniya tarixinin ən böyük sirrlərindən biri olan "Qüllədəki Şahzadələr" məsələsini kökündən həll etmək qərarına gəlib.


Bunun üçün o, DNT testlərinə razılıq verib.
 

Kral IV Edvard və Kraliça Elizabet Vudvilin iki oğlu - Şahzadə Edvard və York hersoqu Riçard 1480-ci illərdə müəmmalı şəkildə yoxa çıxmışdılar.
 

Ataları Kral IV Edvardın ölümündən sonra hər iki varis qəyyumları təyin edilən əmiləri Qloster hersoqu tərəfindən tacqoyma mərasiminə qədər London Qülləsinə yerləşdirildi.

Lakin əmi tacqoymadan əvvəl parlamenti də qarşısına alaraq şahzadələri qeyri-qanuni elan edib və III Riçard adı ilə taxta çıxıb.
 

“Qüllədəki Şahzadələr” - Edvard və Riçardın qülləyə həbs olunduqdan sonra başlarına nə gəldiyi məlum deyil. Bəzi tədqiqatçılar taxtda legitimliyini möhkəmləndirmək istəyən Kral III Riçardın qardaşı oğullarını öldürdüyünü, bəziləri isə şahzadələrdən birinin qaçdığını iddia edir.

Açıklama yok.

Keçən il tədqiqatçılar III Riçardın şahzadələri öldürməmiş ola biləcəyinə dair dəlillər aşkar etdiklərini və şahzadələrin razılaşma əsasında gizli şəkildə həyatlarını davam etdirdiklərini iddia etmişdilər.

200 İL SONRA SÜMÜKLƏR TAPILDI
 

“Qüllədəki şahzadələr”in sirri 500 ildən artıqdır ki, İngiltərədə ən çox danışılan mövzulardan biridir. Şahzadələrin ölümündən 200 il sonra 1674-cü ildə London qülləsində içərisində iki insan skeleti olan taxta qutu tapıldı.
 

Qutudakı sümüklərin itirilmiş şahzadələrə aid olduğu düşünülsə də, bu fərziyə heç vaxt sübuta yetirilməmişdir.

 

Tapılan sümüklər Kral II Çarlzın dövründə Vestminster Abbeyinə aparılıb və orada dəfn edilib.
 

Britaniyalı ekspertlər və tarixçilər illərdir ki, şahzadələrə aid ola biləcəyini iddia etdikləri skelet qalıqlarını ekspertiza etmək istəyirlər. Lakin skeletlər kral sərdabələrində basdırıldığı üçün kraldan icazə tələb olunur. Kraliça Elizabet isə sözügedən tədqiqata heç vaxt icazə verməyib.
 

Ötən gün Britaniya mətbuatı yeni Kral Çarlzın qüllədə tapılan insan sümüklərinin DNT testinə razılıq verdiyini bildirib. Tarixi Kral Saraylarının rəhbəri Treysi Bormanın sözlərinə görə mərhum Kraliça istintaqa mane olsa da, Kral Çarlz məsələyə çox fərqli yanaşır və DNT testini dəstəkləyir.

Açıklama yok.

Arxeologiya və araşdırma mövzuları fanatı olan Kral Çarlzın bu qərarı ilə 539 illik bir sirr açıla bilər.
 

Bukingem Sarayının sözçüsü isə bu iddiaları şərh etməkdən imtina edib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...