Medvedev ittihamlara cavab verdi: "Ayıb olsun, cənab Prezident!"

Medvedev ittihamlara cavab verdi:

"Avropa siyasətinin sevimli metodu günahı sağlam başın üzərinə yıxmaqdır. Fransa Prezidenti Emmanuel Makronun son bəyanatını izah etməyin başqa yolu yoxdur".

 

Sfera.az xəbər verir ki, bu fikirləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "VKontakte" hesabında bildirib.

 

Makronun Rusiyanı Ermənistan-Azərbaycan sərhədində vəziyyəti qızışdırmaqla bağlı ittiham etməsinə cavab olaraq Medvedev qeyd edib ki, bu bəyanat daha çox yanlışdır:

 

"Makron əslində Rusiyanı günahlandırmadı, əksinə, özünə haqq qazandırdı. Fransanın özünün 1960-cı illərin sonundan bəri keçmiş müstəmləkələrində necə davrandığını xatırlamaq lazımdır. O, Fransanın Ermənistanı nə qədər çox sevdiyini şiddətlə deyir. Bununla o, müdrik və nəcib görünməyə çalışır. Son açıqlama açıq-aşkar erməni diasporasının rəğbətini qazanmağa hesablanıb".

 

"İyrənc müstəmləkə keçmişi, hazırda isə açıq-aşkar amerikapərəst mövqeyi üçün - (C'est une honte) ayıb olsun, cənab Prezident!", - Medvedev hər iki dildə vurğulayıb.

 

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron “France 2” telekanalının efirində Rusiyanı Cənubi Qafqazda və onun hüdudlarından kənarda sabitliyi pozmaq üçün Ermənistan və Azərbaycan arasında son toqquşmaları qəsdən təhrik etməkdə ittiham edib. (Report)


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi yerlərində iyulun 10-da şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir.   Bu barədə  Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın də...

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. &nb...

Deputat:"Vasitəçi olmadan keçirilən hər bir görüş iki ölkə arasında ortaq mövqeyin tapılmasını asanlaşdırır"

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında davam edən sülh prosesi çərçivəsində iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ...

Sabahdan ADY qatarları yay qrafikinə keçir - Hərəkət cədvəli

10 iyuldan etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən sərnişin qatarları yay qrafikinə keçəcə...

Qaydalara əməl etməyən moped sürücüsü piyadanı vurdu - ANBAAN VİDEO

Qaydalara əməl edib piyada keçidindən istifadə edən piyadanı moped sürücüsü vurub.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini...