Fransa ABŞ-dan qazın qiymətini aşağı salmasını xahiş etdi

Fransa ABŞ-dan qazın qiymətini aşağı salmasını xahiş etdi

Fransa ABŞ-dan aldıqları maye qazı qiymətinim çox yüksək olduğunu düşünür.
 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, Fransanın İqtisadiyyat naziri Le Maire ABŞ-ın enerji böhranını nəzərə alaraq, Avropaya idxal edilən qazın qiymətlərini ucuzlaşdırmağı xahiş edib.
 

“Biz Amerika administrasiyasından daha çox şey gözləyirik. Fransa uzunmüddətli əməkdaşlıq əsasında daha ucuz qaz almağı səbirsizliklə gözləyir” - deyə Le Maire G7 maliyyə nazirlərinin toplantısında bildirib.
 

Qeyd edək ki, Rusiyadan yanacaq idxalı dayandırıldıqdan sonra ABŞ-ın Avropaya qaz idxalı payı 28%-dən 45%-ə yüksəlib.
 

Xatırladaq ki, daha əvvəl Le Maire ABŞ-ı Ukrayna münaqişəsindən istifadə edərək Avropada iqtisadi hökmranlıq yaratmağa cəhd etməkdə ittiham etmişdi. Le Maire Vaşinqtonun maye qazını dörd dəfə baha satmasını qəbuledilməz adlandırmışdı. O, Avropanın iqtisadi cəhətdən zəifləməsinin heç kimin marağına uyğun olmadığını bildirmişdi.
 

Avropa Komissiyasının (AK) baş katibi Ursula fon der Leyen Aİ liderlərinə qazın qiymətinin aşağı salınması üçün zəruri tədbirlər kompleksini müzakirə etmək təşəbbüsü ilə məktub göndərib. O, Norveç və ABŞ-la danışıqları sürətləndirməyi zəruri hesab edir.

 

Aynil
 


OXŞAR XƏBƏRLƏR