Ən uzunömürlü imperiyalar - Adlarını heç yerdə eşitmədiklərimiz
Bəşər tarixinin ilk dövrlərindn müxtəlif imperiyalar yaranmağa başlayıb. Bəzi imperiyalar birdən çox qitədə torpaqları olacaq qədər böyük idi, bəziləri isə çox qısa müddətdə dağılmışdı.
Sfera.az sizin üçün ən uzun müddət davam etmiş imperiyalar haqqında məlumatları təqdim edir.
Bir çox imperiyalar elə tarixin ilk mərhələsində yaranıb. Bu imperiyaların bir neçəsi 4500 il əvvəl: daş dövrünün sonlarında yaranıb. Bəzi imperiyalar çox qısa müddət davam etsə də, digərləri əsrlər boyu yaşaya bilib. Hətta son yüz ildə çoxlu imperiyalar dağılıb.
Bəzi imperiyalar haqqında məlumatlar məhdud olduğundan onların yaranma və dağılma tarixləri haqqında heç nə demək mümkün deyil. Lakin bu imperiyaların hamısı yaşadıqları dövr və sahib olduqları torpaqlarla tarixdə mövcud olublar.
Ən uzun müddət var olmuş krallıqlar:
Portuqaliya İmperiyası
Osmanlı İmperiyası
Khmer İmperiyası
Efiopiya İmperiyası
Müqəddəs Roma İmperiyası
Silla İmperiyası
Venesiya Respublikası
Quşlar İmperiyası
Əsl Roma İmperiyası
Müstəmləkəçilik üzərində qurulmuş imperiya: Portuqaliya İmperiyası
Müstəmləkə İmperiyası
Cənubi Amerika, Afrika və Cənub-Şərqi Asiyada müstəmləkələri olan Portuqaliya İmperiyası XV əsrdə yaransa da, XVIII əsrdə ən tərəqqi dövrünü yaşamışdır. Portuqaliya İmperiyası tarixdə qurulan ilk qlobal imperiya olmaqla yanaşı, 584 il (ən uzun müddət) müstəmləkəçiliyi davam etdirən dövlətdir. XIX əsrin əvvəllərində ən böyük müstəmləkəsi Braziliya öz müstəqilliyini elan etdikdən sonra imperiyanın tənəzzülü başladı. 1999-cu ildə Portuqaliya xaricdə qalan sonuncu müstəmləkəsini - Makaonu Çin Xalq Respublikasına verdi.
Osmanlı İmperiyası
Osmanlı İmperiyası Anadoluda türk icmaları tərəfindən qurulmuş imperiya idi . XV-XVI əsrlərdə dünyanın ən güclü dövlətlərindən birinə çevrildi. 624 il varlığını davam etdirən imperiya tarixin ən güclü dövlətlərindən biri hesab olunur. 1453-cü ildə paytaxt Konstantinopolu ələ keçirərək Bizans imperiyasına son qoyur. Lakin XVII əsrdə sürətlə tənəzzül dövrünə qədəm qoydu. Sonrakı illərdə Mustafa Kamal Atatürkün liderliyi ilə zəfərlə nəticələnən Qurtuluş Savaşından dərhal sonra Osmanlı İmperatorluğu ləğv edildi.
Cənub-Şərqi Asiyanın ən böyük imperiyası: Khmer İmperiyası
Khmer İmperiyası indiki Kamboca ərazisində qurulan Cənub-Şərqi Asiyanın ən böyük imperiyası idi. Çenla krallığından ayrılaraq qurulan imperiya zaman-zaman Tayland, Vyetnam və Laos kimi bölgələrə də hakim olub. İmperatorluq haqqında yazılı tarixi sənədlər, heç bir mənbə yoxdur. 802-ci ildə qurulan dövlət XIII əsrdə zəifləməyə başladı və 1431-ci ildə süqut etdi.
Heç vaxt müstəmləkə olmayıb
Həbəşistan kimi tanınan Efiopiya İmperiyası indiki Efiopiya ərazisində qurulmuşdur. 1270-ci ildə qurulan imperiya 1974-cü ildə baş vermiş çevrilişə nəticəsində dağılmışdır. Efiopiya dünya tarixinin ən qədim dövlətlərindən biridir. O, həm də tarixi boyu heç bir müstəmləkə ölkənin nəzarəti altında qalmadan müstəqilliyini qoruyub saxlayan nadir ölkələrdən biridir. Haile Selassie I 1930-cu il noyabrın 2-də taxta çıxdı və 1974-cü il sentyabrın 12-dək taxtda qaldı.
Avropaya hakim olan imperiya: Müqəddəs Roma İmperiyası
Müqəddəs Roma İmperiyası orta əsrlərdən erkən müasir dövrümüzə qədər əsasən Mərkəzi Avropada hökm sürdü. 962-ci ildə qurulan imperiya 1806-cı ildə Napoleon müharibələrinə qədər varlığını davam etdirirdi. Müasir Almaniya, İsveçrə, Lixtenşteyn, Lüksemburq, Çexiya, Sloveniya, Avstriya, Xorvatiya, Belçika, Hollandiya, həmçinin Polşa, Fransa və İtaliyanın ərazilərinə sahib olmaqla ən güclü imperiya idi. 962-ci ildə tac taxan I Otto Almaniya kralı olsa da, həm də Müqəddəs Roma İmperiyasının ilk imperatoru idi.
Üç fərqli ailənin idarə etdiyi imperiya: Silla İmperiyası
Eramızdan əvvəl 57-ci ildə qurulan imperiya təqribən 992 il davam etmişdir. Silla İmperiyası ilk illərində üç fərqli ailənin üzvləri tərəfindən idarə olunurdu. İndiki Cənubi Koreya ərazisində qurulan Silla İmperiyası bu əraziyə nəzarət edən yeganə Koreya krallığı idi. IX əsrin sonlarına doğru tənəzzül etməyə başlayan imperiya eramızın 935-ci ildə Goryeo krallığı tərəfindən fəth edildi.
Napoleon Bonapart tərəfindən məhv edilən dövlət: Venesiya Respublikası
Venesiya Respublikası müasir İtaliyanın bəzi hissələrində eramızın 697-ci ildən 1797-ci ilə qədər 1100 il mövcud olmuş dəniz dövləti idi. Dövlət Aralıq dənizində ticarətin çox hissəsini idarə etdiyi üçün kifayət qədər zəngin idi. Buna görə də Venesiya siyasətində köklü zadəgan ailələri olan tacir təbəqəsi üstünlük təşkil edirdi. Venesiya Respublikası 1797-ci ildə I Napoleonun tabeliyindəki orduların bölgəni işğal etməsi ilə dağıldı.
Hətta Misiri ələ keçirən imperiya: Quş İmperiyası
Quş İmperiyası Şimali Afrikada indiki Sudan bölgəsində qurulmuş bir dövlət idi. Qurulduqdan sonra o, qısa müddətdə Şimal-Şərqi Afrikada böyük gücə çevrildi. Eramızdan əvvəl 727-ci ildə Misiri ələ keçirdilər və Assuriyalılara qədər bu bölgəyə hakim oldular. Quş imperiyasının iki fərqli paytaxtı var idi. İlk paytaxt Nil çayına yaxın şimal bölgəsində yerləşən Napata idi. Daha sonra paytaxt Misirlə döyüşmək üçün daha uyğun əraziyə; cənubda yerləşən Meroe şəhərinə köçürüldü. Roma imperiyası Misiri fəth etdikdən sonra imperiya zəifləməyə başladı və eramızın 350-ci ilində məhv edildi.
Osmanlılar tərəfindən dağıdılan: Roma İmperiyası
Bizans İmperiyası Roma İmperiyasının qərb hissəsinin dağılmasından sonra təxminən 1000 il davam edən şərq yarısına aiddir. Eramızın 4-cü əsrinin əvvəllərində Roma İmperiyası İngiltərənin şimalından Suriyaya qədər böyük bir bölgəyə nəzarət edirdi. Lakin sonrakı illərdə yaşanan inzibati problemlər səbəbindən torpaqlar imperator Diokletian tərəfindən dörd bölgəyə bölündü. İmperator Yustinyanın ölümündən sonra Bizans imperiyası zəiflədi və ərazilərini itirməyə başladı. 1204-cü ildə səlib yürüşləri zamanı qərbdən gələn səlibçilər Konstantinopolu qarət edərkən Bizanslılara xəyanət edildi. Osmanlı İmperiyası 1453-cü ildə Konstantinopolu mühasirəyə alaraq ələ keçirdikdən sonra imperiya dağıldı.
Aynil