ABŞ bu sözlərdən sarsıldı - Bayden məyus oldu

ABŞ bu sözlərdən sarsıldı - Bayden məyus oldu

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin ABŞ haqqında bəyanatı ölkədə böyük rezonans doğurub. Ölkə mətbuatı “Bayden diz çökdü” başlıqları ilə belə demək mümkünsə, ABŞ prezidentini tənqid atəşinə tutub.


Sfera.az xarici mətbuata istinadən bildirir ki, Səudiyyə Ərəbistanı ABŞ administrasiyasının OPEC+dən neft hasilatını azaltma qərarının bir ay gecikdirilməsini istədiyini və bunun iqtisadi böhrana səbəb olacağını vurğulayıb.


ABŞ mətbuatı fərqli başlıqlarla Baydeni tənqid edərək:


“Səkkiz aydan az müddətdə artıq üçüncü dəfədir ki, Səudiyyə Ərəbistanı prezident Co Baydeni dünya arenasında bilərəkdən alçaltdı”- deyə bildirilir.
 

Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) dünyanın məlum neft ehtiyatlarının üçdə ikisinə sahib olan 13 ölkənin konfederasiyasıdır.


OPEC+ qrupunun energetika və neft nazirləri oktyabrın 5-də Avstriyanın paytaxtı Vyanada keçirilən toplantıda noyabr ayından etibarən gündəlik neft hasilatının 2 milyon barel azaldılması barədə qərar qəbul ediblər.


Bu qərardan sonra Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi OPEC+ ölkələrinin neft hasilatını azaltma qərarını tənqid edərək :


“Hasilatın azaldılması Ukraynanı işğal edən Rusiyanın gəlirlərini artıracaq və sanksiyalar neft hasilatının effektivliyinə təsir edəcək” - demişdi.
 

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan isə dünən Əl-Ərəbiyyə televiziyasına verdiyi açıqlamada ölkəsinin ABŞ ilə strateji əlaqələri olduğunu, lakin neft hasilatını azaltma qərarının iqtisadi səbəblərdən asılı olduğunu vurğulamışdı.

 

Aynil


OXŞAR XƏBƏRLƏR