Türkiyədə kirayə qiymətləri 10 dəfə ARTDI – Səbəb rus və ukraynalılardır

Türkiyədə kirayə qiymətləri 10 dəfə ARTDI – Səbəb rus və ukraynalılardır

Müharibədən sonra Türkiyəyə yaşamaq üçün müvəqqəti köçən rus və ukraynalıların sayının artması ölkədə kirayə qiymətlərinin kəskin yüksəlməsinə səbəb olub. 


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Antalyada dəniz kənarında lüks mənzillərin aylıq kirayəsi 100 min lirəni (9160 manat) keçib. Larada “4+1” mənzillər üçün aylıq 130 min lirə (11 908 manat), Konyaaltıda “3+1” mənzillər üçün aylıq 125 min lirə (11450 manat) kirayə haqqı tələb olunur. Elanda 1 illik ödənişin də əvvəlcədən istəndiyi də qeyd edilir.


Xüsusilə Rusiya-Ukrayna müharibəsindən qaçan ukraynalılar Türkiyəyə gələrək tez-tez istirahət etdikləri Antalyada məskunlaşmağa üstünlük veriblər. Ailəsi ilə gələn ukraynalıların bir qismi qohumlarının yanında məskunlaşıb, yüksək gəliri olanlar isə ya daşınmaz əmlak alıb, ya da kirayəyə çıxıblar. Buna görə də, şəhərdə kirayə qiymətləri xeyli artıb.


Müharibədən əvvəl Antalyada 2 500-3 000 lirə olan kirayə qiymətləri ukraynalıların gəlişi ilə 20-40 min lirəyə yüksəlib. 


Rusiya lideri Vladimir Putinin davam edən Rusiya-Ukrayna müharibəsi səbəbilə qismən səfərbərlik elan etməsindən sonra isə Antalya başqa ölkələrə getmək istəyən rusların ən çox seçdiyi şəhərlərdən biri olub. 


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR