İranın Fars əyalətində iki zabit öldürüldü

Dünya
13:03 / 15.10.2022
6179
İranın Fars əyaləti valisinin siyasi, təhlükəsizlik və ictimai məsələlər üzrə müavini İsmayıl Mühibbipur iddia edib ki, iki Bəsic döyüşçüsü Laristanın Biram bölgəsində “münafiqlər” tərəfindən öldürülüb.
Sfera.az xəbər verir ki, "Münafiq" sözü İran hökumət rəsmilərinin İran Xalq Mücahidləri Təşkilatı üzvləri barədə işlətdikləri ifadədir.
Öldürülənlərin kimliyi və silahlı qarşıdurma barədə məlumat verməyən İsmayıl Mühibbipur məsələnin araşdırıldığını deyib.
Qeyd edək ki, İran İnsan Haqları Təşkilatı oktyabrın 14-də yaydığı hesabatda İranda baş verən nümayişlər zamanı 224 etirazçının, 24 hökumət məmurunun öldürüldüyünü bildirib.
Turan Rzayev,
Sfera.az