NATO ölkələri Avropada nüvə silahı ilə bağlı təlim keçirəcək

Dünya
11:24 / 15.10.2022
5152
NATO-nun 14 müttəfiqinin Hərbi Hava Qüvvələri illik “Steadfast Noon” təlimində nüvə silahının qarşısının alınması imkanlarını sınaqdan keçirəcək.
Sfera.az xəbər verir ki, bu barədə NATO məlumat yayıb.
Həqiqi silahların istifadə olunmayacağı adi təlim 17-30 oktyabr tarixlərində İngiltərə hava məkanında keçiriləcək.
Təlimdə müxtəlif tipli 60 döyüş təyyarəsindən istifadə olunacaq. Bunlara dördüncü və beşinci nəsil döyüş təyyarələri, müşahidə təyyarələri və tanker təyyarələri daxildir.
Əvvəlki illərdə olduğu kimi, bu il də təlimlərdə ABŞ-ın uzaqmənzilli bombardmançı təyyarələri B-52-lərdən də istifadə olunacaq. B-52 təyyarələri ABŞ-ın Şimali Dakota ştatındakı Minot aviabazasından havaya qalxacaq.
Turan Rzayev,
Sfera.az