“Məni evə bağlayırdı, səni anam kimi görürəm deyirdi..." - Müğənni Mina boşanma qərarından DANIŞDI

“Məni evə bağlayırdı, səni anam kimi görürəm deyirdi...

Yeddi ay öncə ailə həyatı quran tanınmış müğənni Mina Hüseynova boşanmağı haqda danışaraq ərinin onun barədə səsləndirdiyi iddialara münasibət bildirib. 

 

Sfera.az xəbər verir ki, müğənni "MTV maqazin"ə açıqlamasında ailəsinin dağılmasını istəmədiyini bildirib: “Çünki ailəyə müqəddəs kimi yanaşırdım. Ana olmaq istəyirdim. Nikahın ilk günü dedi ki, instaqram bağlanacaq və sənətdən uzaqlaşacaqsan. Zatən mən efirlərə çıxanda, müsahibələr verəndə deyirdim ki, ailə qurandan sonra hər şeyi bağlamağa hazıram. Amma o təqdirdə ki, ailə quranda yoldaşım mənə dəstək olacaq".

 

O qeyd edib ki, əri ona pis münasibət göstərib: "Məni evə bağlayırdı, telefonumu götürüb gedirdi. Qohumlarımla görüşə bilmirdim. Qapını bağlayırdı, gözləyirdim ki, qayıdacaq anama zəng edəcəm".

 

Minanın sözlərinə görə, nişanlı olan vaxtda münasibətləri yaxşı olub: “Mənə demişdi ki, üç evim var, heç nəyə ehtiyacın olmayacaq, səni təmin edəcəyəm, amma sənəti atacaqsan. Mən də razılaşdım. Amma aylar keçdikcə gördüm ki, bu insan məni aldadır. Kirayə tutdu, 3 ay orada qaldıq. Dedi, yeni evə köçəcəyik, köçmədik. Dedim ki, instaqramı açım, işimin başına qayıdım, sənin nəzarətin altında gedib-gəlim. Aylarımı aldı, aldatdı. Axırda etiraf etdi ki, yalan danışmışam: nə evim var, nə sənə baxacaq pulum. Mənə dedi ki, vətəndaşlıqdan çıx, gedək Fransaya, orada taksi sürücüsü işləyim.

 

Gördüm ki, uçuruma gedirəm. Onunla bir yerdə qalmağım mümkün deyildi. Oktyabrın 9-da əşyalarımı götürüb köçdüm. İki vəkil tutdum, həftənin birinci günü rəsmən boşanacağıq. Amma sonradan özü çıxıb deyir ki, guya boşanmaq üçün ərizəni o verib. Buna da səbəb mənim onunla olan şəklimi paylaşmağımdır. Həyat yoldaşımsan, özün məni seçmisən, niyə fotonu paylaşmamalıyam? Hamı soruşur kimdir, biri deyir 50 yaşlı kişiyə gedib, biri deyir türkdür, biri deyir kiminsə əridir. Niyə ərimi gizlətməliyəm? İndi deyir ki, mənim fotomu paylaşırsan və məhkəməyə verəcəm. Harada elə qanun var ki, ərini paylaşmaq olmaz?”. 

 

İfaçının sözlərinə görə həyat yoldaşının ailəsi bu nikaha razı olmayıb: “Valideynləri istəmirdi. Gediş-gəliş yox idi. Ancaq evimizə tort, aş göndərirdi. Anamgillə də münasibət yox idi. Çünki narazı idilər. Biz azad insanlar kimi qərar verib evlənmişik.

 

Bu insan məni hava almağa da qoymurdu. Deyirdi ki, mənim anam salona getməyib bütün gün evdə olub. Mən də səni anam kimi görürəm. Anam kimi olacaqsan. Bütün gün ev işləri ilə məşğul olmalısan. Onunla hətta psixoloqa da getdik. Amma heç nə dəyişmədi". (qafqazinfo)

 

 


OXŞAR XƏBƏRLƏR

Satışdakı qidalara qadağan olunan maddələr vurulur?

Son dövrlər insanlar təbii qidalardan uzaqlaşaraq getdikcə daha çox qatqılarla dolu qablaşdırılmış məhsullara üstünlük verirlər.   Bu məhsulların pra...

“Kızılcık Şerbeti”ndən ayrılır

“Kızılcık Şerbeti” serialında daha bir ayrılıq gözlənilir.   Sfera.az bildirir ki, layihənin sezon finalından öncə Meri obrazını canlandı...

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...