“Qalatasaray" ın 10 milyonluq peşimanlığı

"Qalatasaray"ın ötən mövsüm böyük ümidlərlə transfer etdiyi və təqribi 10 milyon avro ödədiyi rumıniyalı futbolçular Morutan və Cicaldau icarəyə götürüldükləri klublarda məyusluq yaradıblar.
Sfera.az xəbər verir ki, "Qalatasaray"ın ötən mövsüm Rumıniyadan transfer etdiyi Morutan və Cicaldau bu mövsüm icarəyə göndərilmişdi.
Ümumilikdə 10 milyon avro sərmayə qoyulan hər iki futbolçu getdikləri klublarda çıxışları ilə böyük ruh düşkünlüyünə səbəb olublar.
Mövsümün əvvəlində Okan Burukun bəyənmədiyi və bu mövsüm icarəyə buraxdığı iki futbolçu ötən mövsüm bir çox matçda "Qalatasaray" forması geyinib. Morutan 34 oyunda 3 qol, 5 məhsuldar ötürmə edib. Cicaldau isə komandasına 40 oyunda 5 qol və 4 məhsuldar ötürmə ilə töhfə verib.
İtaliya B Seriyasında "Piza"da çıxış edən Olimpiu Morutan ilk iki oyununda bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. 23 yaşlı oyunçu sonrakı həftələrdə o qədər də uğurlu çıxış etməyib. Sonrakı 5 oyunda Morutan yalnız bir məhsuldar ötürmə edə bilib.
Komo, Genoa, Südtirol və Reggina matçlarına ilk 11-likdə “Piza” forması ilə çıxış edən Morutan bu matçlarda performans göstərə bilməyib və əsas heyətdəki yerini itirib.
Morutan Perugia və Parma matçlarında əvəzedici heyətdə qalıb. Sonradan oyuna daxil edilən rumıniyalı yarımmüdafiəçi cəmi 38 dəqiqə meydanda olub.
Qeyd edək ki, Morutan "Qalatasaray"dan 1 illik 150 min avroya icarəyə götürülüb. Morutan 25 oyunda 45 dəqiqə oynasa və ya komandası A Seriyasına yüksəlsə, “Piza” futbolçunu 5,5 milyon avroya transfer etməli idi.
B Seriyasında 8 həftəni geridə qoya “Piza” 1 qələbə, 3 heç-heçə və 4 məğlubiyyət əldə edib. Pizanın bu performansı ilə A Seriyasına yüksəlməsi möcüzə sayılır.
Birləşmiş Ərəb Əmirliklərinin “Əl Kalba” klubunda çıxış edən Cicaldau 6 matçda nə qol vura, nə də assist edə bilib.
Sarı-qırmızılılardan icarəyə verilən rumıniyalı futbolçu ümumilikdə 407 dəqiqə oyunlarda iştirak edib .
Qeyd edək ki, “Əl Kalba” klubu 7 xalla Ərəb Körfəzi Liqasında səkkizinci yerdədir.
Aynil