“Deyirlər ki, yenidən ata ol və Rəhimi unut”

“Deyirlər ki, yenidən ata ol və Rəhimi unut”

“Tənha olanda həyatın bir film olduğunu düşünürəm. Hamımız öz rolumuzu oynayıb, çıxıb gedirik. Bunu acımı yaşayandan sonra anladım. Allah hamıya bir vaxt-vədə, ömür verib. Biz həyatda qonaq olduğumuzu unuduruq. Baxırsan ki, yanındakı insan bu gün var, sabah isə yoxdur".

 

Sfera.az xəbər verir ki, bu sözləri müğənni İbrahim Borçalı qonaq olduğu “Həmin Zaur” verilişində deyib.  

 

Oğlu Rəhimin vəfatı ilə barışa bilmədiyini söyləyən sənətçi, övladından xatirə qalan geyimləri geyindiyini açıqlayıb:

 

Mənə söyləyirlər ki, yenidən ata ol və Rəhimi unut. Yalandır, unutmaq mümkün deyil. O hiss hər zaman səninlə olacaq və birlikdə gedəcək. Taleyin bu işi ilə barışmıram. Niyə belə oldu? Çox acıqlıyam. Çox soyuqqanlı olmuşam. Övlad itkisini heç kim yaşamasın. Allah şəhidlərimizə rəhmət eləsin. Oğlumdan bizə xoş xasiyyəti, gülər üzü, Vətənə bağlılığı qaldı. Onun bütün əşyaları evdə qalıb. Heç nəyə toxunulmayıb. Gündəlik geyindiyim geyimlərin əksəriyyəti oğlumundur. Onun köynəklərini və cins şalvarlarını geyinirəm. İndi əynimdə olan cins şalvar da onundur”.  

 

Qeyd edək ki, Türkiyədə təhsil alan Rəhim karantin ərəfəsində Gürcüstanda qalıb. O, avtomobil qəzasında vəfat edib.  
 


OXŞAR XƏBƏRLƏR

Sarıcalıya növbəti köç karvanı yola salınıb

Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb.   Sfera.az xəbər verir ki, Ağdam rayonunun yenidən qurulmuş Sarıcalı kəndinə bu mə...

Satışdakı qidalara qadağan olunan maddələr vurulur?

Son dövrlər insanlar təbii qidalardan uzaqlaşaraq getdikcə daha çox qatqılarla dolu qablaşdırılmış məhsullara üstünlük verirlər.   Bu məhsulların pra...

“Kızılcık Şerbeti”ndən ayrılır

“Kızılcık Şerbeti” serialında daha bir ayrılıq gözlənilir.   Sfera.az bildirir ki, layihənin sezon finalından öncə Meri obrazını canlandı...

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...