“Harri Potter”in məşhur aktyoru vəfat etdi

Dünya
21:34 / 14.10.2022
5864
“Harri Potter” filmində meşəçi Haqrid obrazını canlandıran aktyor Robbi Koltreyn 73 yaşında vəfat edib.
Sfera.az xarici mətbuata istinadəm bildirir ki, aktyorun ölüm səbəbi və şəraiti açıqlanmayıb.
Koltreyn həm də komediya aktyoru və yazıçı olub. O, filmə çəkilməklə yanaşı, məşhur cizgi filmlərində səsləndirmə ilə də məşğul olub.
Koltreyn həmçinin Ceyms Bond filmlərində "Dünya kifayət deyil", "Qızıl göz", "On iki okean", "Cəhənnəmdən" və bir çox başqa filmlərdə rol alıb.
Qeyd edək ki, aktyor 1950-ci ildə Şotlandiyada anadan olub. Qlazqoda rəssamlıq məktəbini bitirdikdən sonra Edinburq Müəllimlər Kollecində rəssamlıq təhsilini davam etdirib.
Aynil