Çin qırıcıları və gəmiləri Tayvana yaxınlaşdı

Dünya
21:21 / 14.10.2022
5604
Tayvanın Müdafiə Nazirliyi adaya bitişik bölgədə Çin Xalq Azadlıq Ordusunun (PLA) 5 donanma gəmisini və 23 təyyarəsini aşkar edib.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.
İddia edilir ki, manevrlər zamanı üç “J-16” qırıcısı və bir “Su-30” Tayvan boğazının median xəttini keçib. Tayvan hərbçiləri buna hava patrullarını artırmaq, radio xəbərdarlıqları yaymaq və zenit-raket sistemlərini yerləşdirməklə cavab verib.