NATO Litvada hərbi təlimlər keçirəcək

Litvada 10 ölkənin 3,5 min hərbçisinin iştirakı ilə "Dəmir Qurd" adlı beynəlxalq təlim keçiriləcək.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərin oktyabrın 17-də başlayacağı bildirilir.
Məlumatda həmçinin təlimlər zamanı Litva ordusunun bölmələrinin döyüş hücumu və müdafiə əməliyyatlarının planlaşdırılması və təlim prosedurlarının yoxlanılacağı, müttəfiq qüvvələri ilə qarşılıqlı fəaliyyət planının işlənib hazırlanacağı qeyd olunur.
Hərbi heyətin Avstraliya, Belçika, Böyük Britaniya, Almaniya, Lüksemburq, Hollandiya, Norveç, ABŞ və Çexiyadan gələcəyi gözlənilir. Hərbi təlimlərdə 700-ə yaxın texnika iştirak edəcək.
Təlimlərə Litvada yerləşən NATO-nun qabaqcıl birləşmiş batalyonunun döyüş qrupu da cəlb olunacaq.
Xatırladaq ki, NATO üzvü olan ölkələrin hərbi hava qüvvələri 2004-cü ildə alyansa daxil olduqdan sonra Estoniya, Latviya və Litvanın hava məkanında növbəli uçuşlar həyata keçirir.
İyun ayında Estoniya və Latviyada NATO və alyansın tərəfdaş ölkələrinin hərbi hava qüvvələrinin iştirakı ilə “Ramstein Alloy 22-2” hərbi təlimləri keçirilib.
Qeyd edək ki, proqram Baltikyanı ölkələrin hava məkanının təhlükəsizliyini təmin etmək üçün işlənib hazırlanmışdır.
Aynil