Gecə yemək istəyinin əsas səbəbi nədir?

Gün ərzində nəzarətli şəkildə yemək yeyə bilirsinizsə və gecə soyuducudan çıxa bilmirsinizsə, siz də “gecə yemək pozğunluğu” problemi ilə üzləşmiş ola bilərsiniz.
Yemək pozğunluqlarından biri olaraq təyin olunan bu vəziyyət, axşam yeməyindən sonra başlayan həddindən artıq yemək istəklərinə, hətta insanın gecə yuxusundan oyanaraq yemək yeməsinə səbəb ola bilər.
Sfera.az bildirir ki, gecə yemək pozğunluğunu xüsusilə axşam yeməyindən sonra və ya gecə yuxudan oyanaraq həddindən artıq yemək qəbulu olaraq təyin edən Psixoloq Dr. Feyz Bayraktar bu yemək pozğunluğunun yuxu problemləri, depressiya və narahatlıqla müşayiət oluna biləcəyini, eyni zamanda kilo almağa və bir çox sağlamlıq problemlərinə səbəb ola biləcəyini vurğulayıb.
“Gecə yemək pozğunluğu olan bəzi insanlar gecə bir neçə dəfə oyanmağa və yemək yeməyə meylli ola bilərlər. Səhər tox oyandıqları üçün günortaya, hətta axşama qədər yemək yeməyə ehtiyac duymurlar” deyən Bayraktar, gündəlik kalori qəbulunun yüzdə 56-dan çoxunun daha çox axşam saatlarında olduğunu qeyd edərək, sözlərini belə davam edib:
"Axşam yeməyindən sonra və ya gecə yuxudan oyandıqdan sonra qəbul edilən qidaların əksəriyyətində karbohidratlar, yağlar və ya şəkərlər yüksək olduğundan, bu, həddindən artıq çəki artımına səbəb ola bilər".
Gecə yemək pozğunluğunun hər yaş qrupunda görülə biləcəyini və xüsusilə həyat dəyişikliyi kimi sıx stress zamanı yemək istəyinin artdığını vurğulayan Bayraktar, "İş stresi və ya stresi idarə etməkdə çətinlik, yüklənmə, daşıya biləcəyindən daha çox məsuliyyət, ailə ünsiyyəti, özünə vaxt ayırmamaq kimi problemlər gecə yemək pozğunluğunu tətikləyən amillər arasındadır".
Gecə qidalanma pozğunluğunun ciddi sağlamlıq problemlərinə səbəb ola bilər
“Qidalanma pozğunluqları bir çox sağlamlıq üçün təhlükə yarada biləcəyi üçün müalicə müddətində mütləq həkimə müraciət etmək və şəxsin sağlamlıq müayinəsindən keçməsi lazımdır. Psixoloji dəstək yemək pozğunluqlarının müalicəsi prosesinin əvəzsiz hissələrindən biridir. Bu səbəbdən mütəxəssis psixoterapevtdən dəstək alınmalıdır. Müalicə prosesində fərdin ehtiyaclarına uyğun olaraq zaman-zaman diyetoloq dəstəyi tətbiq oluna bilər".
Gülər