Elon Mask ifşa olundu - “Twitter” oyunu

Elon Mask ifşa olundu - “Twitter” oyunu

“Twitter”i 44 milyard dollara satın almağı təklif edən Elon Maskın platforma ilə məhkəmə çəkişməsi hələ də davam edir.


Sfera.az xarici mətbuata istinadən bildirir ki, “Twitter “ vəkilləri Maskın mesajlarını dəlil kimi məhkəmədə hakimə təqdim edib.


Aprel ayında “Twitter”i almaq təklifi ilə çıxış edən Elon Mask, sonrakı həftələrdə bot hesabları ilə bağlı Twitter rəhbərliyi ilə fikir ayrılığı yaşamışdı. Mask bu mübahisələrin nəticəsində təklifdən imtina etmişdi.


Bütün bu qalmaqallardan sonra “Twitter ”Maska, daha sonra isə Mask “Twitter”ə qarşı iddia qaldırdı. Məhkəmə tarixi yaxınlaşdıqda isə Mask gözlənilmədən “Twitter” təklifini yenilədi.
 

Oktyabrın 17-sinə təyin olunan məhkəmədə sübut kimi istifadə ediləcək ifadə və dəlillərin toplanması günlərdir davam edir. Bu sübutların ən böyüyü və ən mübahisəlisi sentyabrın 28-də “Twitter” hüquqşünasları tərəfindən irəli sürülüb. Elon Maskın “Twitter”də tanınmış adlarla etdiyi bütün söhbətlər açıq şəkildə paylaşılıb.
 

“Twitter”in lehinə sübut kimi təqdim edilən sözügedən mesajlar 24 yanvar 2022-ci il tarixindən etibarən başlayıb. Mask SpaceX-də İT meneceri Aleks Stillinqslə mesajlaşıb.

 

Yanvarın 21 və 24-də olmuş yazışmada Stillings “Twitter”adından görünən bəzi spam e-poçtları görərək Elon Maskın e-poçtundan şübhələnir. Daha sonra Elon və Stillings iki faktorlu avtotifikasiyanı bərpa edərək hesabın təhlükəsizliyini təmin etmək üçün “Twitter “ rəhbərliyi ilə əlaqə saxlayıblar.

 

Hakim isə “Twitter”ə Mask və komandasının e-poçt məktubları istisna olmaqla, daha 15 fakt təqdim etmək icazəsi verib. Beləliklə, Mask və komandasının əvvəllər məhkəməyə təqdim olunmayan yazışmaları da üzə çıxacaqdı. Başqa sözlə, gizli fayllar və yazışmalar ifşa oluna bilərdi.

Açıklama yok.
 

Maskın geri satın alma qərarı da onun mümkün məğlubiyyəti qabaqcadan gördüyünü göstərir.
 

Məhkəmə günü yaxınlaşarkən Elon Mask təqdim etdiyi rəsmi məktubda “Twitter”i almaq təklifini eyni şəkildə davam etdirəcəyini bildirib. Lakin bu alışın davam etməsi üçün o, aşağıdakı şərti qoyub:
 

Məhkəmə (İdarə Məhkəməsi) məhkəmə iclasını və onunla bağlı bütün digər prosesləri dayandırmalı və ya qərarı gözləyərkən məhkəmə təxirə salınmalıdır.
Ekspertlərin fikrincə isə məhkəmə davam edəcək
 

Bir çox hüquq mütəxəssisinin fikrincə, Mask və Twitter arasındakı məhkəmə prosesi Maskın istəyinə baxmayaraq dayandırılmayacaq və davam edəcək. Bütün sübutlar dəyərləndirildikdən sonra məhkəmə oktyabrın 17-də keçiriləcək.

 

Aynil


OXŞAR XƏBƏRLƏR