İranda avtobus körpüdən aşdı - 51 yaralı

İranda avtobus körpüdən aşdı - 51 yaralı

İranın şimalında ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, sərnişin avtobusu Simnan-Damğan avtomobil yolunda körpüdən aşıb. 

 

Hadisə nəticəsində yaralanan 49 nəfər xəstəxanalara çatdırılıb. Daha 2 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib. 

 

İlkin məlumata görə, qəza zamanı ölən olmayıb.


OXŞAR XƏBƏRLƏR