Bulvarda “KOB Fest” keçirilir - FOTOREPORTAJ

Bulvarda “KOB Fest” keçirilir - FOTOREPORTAJ

Bugündən başlayaraq 2 gün ərzində Bakı Bulvarında (Kukla Teatrının arxasında) bu ilin son “KOB Fest” – sərgi-satış yarmarkası keçirilir.

 

Sfera.az xəbər verir ki, “KOB Fest” saat 10:00-dan 18:30-a qədər açıq olacaq. Yarmarkada 80-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 800-dən çox çeşiddə məhsul və xidmətləri təqdim edilərək satılır. Alıcılara əsasən bal, şirniyyat məhsulları, kofe, sərinləşdirici içkilər, zəfəran, mürəbbə, əzmələr, sənətkarların və yaradıcı şəxslərin əl işləri, toxuculuq məhsulları, geyimlər, aksessuarlar, dəri və taxtadan suvenirlər, keramika, rəsm əsərləri, kitablar, təhsil və təlim xidmətləri və s. təklif olunur.

 

Qeyd edək ki, “KOB Fest”in məqsədi mikro və kiçik sahibkarların istehsal etdiyi məhsulların satış imkanlarını genişləndirmək, yerli məhsulları tanıtmaqdır.

 

Sfera.az “KOB Fest” – sərgi-satış yarmarkasından fotoları təqdim edir:

 

FOTOLAR: Anar Bayramlı

 

 


OXŞAR XƏBƏRLƏR