“Putin MDB-ni inkişaf etdirmək istəyir” - Açıqlama

“Putin MDB-ni inkişaf etdirmək istəyir” - Açıqlama

“Putin MDB-ni inkişaf etdirmək istəyir”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, Astanada keçirilən MDB Dövət Başçıları şurasının iclası da məhz bu planın tərkib hissəsidir:

 

“Ötən həftə də MDB-nin Sankt-Peterburqda qeyri-rəsmi toplantısı keçirildi. Lakin Putinin Rusiya və Qərb arasında davam edən siyasi-hərbi böhran fonunda təşkilat daxilində monolit və effektli şəkildə Moskvanın dominantlığını təmin etməsi mümkün görünmür. Belarus istisna olmaqla, MDB ölkələri Rusiyanın Ukraynaya qarşı siyasətində dəstəkləmirlər. Rusiyanın layihəsi olan MDB 30 il ərzində  nə güclü regional, nə də beynəlxalq təşkilata çevrilə bildi. Bu, Rusiyanın təşkilat daxilində pozucu və üzv ölkələrə qarşı işğal siyasətindən irəli gəlir. Bu illər ərzində Rusiya rəhbərliyi ədalətli mövqe tutmayaraq MDB ölkələrinin Qərblə əməkdaşlığına yol açdı. Rusiyanın 30 il ərzində Ermənistanın işğalına dəstək verməsi, müharibənin bitməsinə baxmayaraq sülh sazişinin bağlanmasına mane olması, hazırkı situasiyada MDB-ni ciddi şəkildə zəiflədir. Həmçinin Gürcüstanın və Ukraynın bu təşkilatdan çıxması məhz Rusiyanın işğal və aqressiv siyasətinin nəticəsidir”.

 

Müsahibimizin sözlərinə görə, Rusiya MDB üzv ölkələrinə öz ambissiyalar və imperiya maraqlarını təmin edən “arxa bağçası”  kimi yanaşdı və nəticədə təşkilat amorf bir qruma çevrildi:

 

“Tacikistanın Qırğızıstana hücumu, Ermənistanın Azərbaycana qarşı məlum siyasəti, Rusiyanın Qazaxıstanın dövlətçiliyini şübhə altına almasından sonra belə bir təşkilatın yeni keyfiyyətlə ortaya çıxması gözlənilmir.  Təşkilat daxilində də Rusiya ziddiyətli siyasət ortaya qoyur. Astana görüşü Rusiyanın Qərbə mesajıdır. MDB Qərargah rəislərinin Bakıda iclası, həmçinin Asatanada xarici işlər nazirlərinin görüşü dövlətlər arasında inteqrasiyaya xidmət etməyəcək. Yeni formalaşmaqda olan geosiyasi məkanda MDB effektli olmayacaq və üzv ölkələr sadəcə protokol xatirinə toplanacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...