Ərdoğanla Paşinyan RAZILAŞDI

Siyasət
14:36 / 14.10.2022
5271
Bizim Ermənistanla yaxın zamanda bir saziş imzalamağımız planlaşdırılmır, sadəcə münasibətlərin hansı səmtdə normallaşması müzakirə edilir.
Sfera.az-ın xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əl Sani ilə birgə mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, Ərdoğan və Paşinyan Praqa görüşündə iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair xüsusi nümayəndələrin görüşlərinin artıq Türkiyə və Ermənistan ərazisində keçirilməsinə dair razılığa gəlib.
Nazir Çavuşoğlu, Azərbaycan və Türkiyənin bu mövzuda son dərəcə səmimi olduqlarını vurğulayıb.(apa)