"Bu halda Çin SSRİ-nin taleyini yaşayacaq" - ŞƏRH

“Çin Kommunist Partiyasının bazar günü Pekində qurultayı keçiriləcək. Qurultaya hazırlaşan partiyanın sədri və ölkəsinin lideri Si Cinpinin Çinin gələcək inkişafı ilə bağlı məqaləsi yayımlanıb. Si Cinpinin fikrincə, ölkəsi dünya liderləri sırasında yerini möhkəmlətməlidir. Kommunizmin qurulması ideyasından imtina etməyən Si Cinpin məqaləsində SSRİ-nin acı taleyini yaşamamaq üçün partiya yoldaşlarına strateji səhvlər buraxmamağı tövsiyə edib”.

 

Sfera.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

 

Onun sözlərinə görə, SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov hakimiyyətə gəldiyi 1985-ci ildə islahatlara başladı:

 

“Ancaq uzun illər qapalı ölkənin və qapalı rejimin başlatdığı islahatlar imperiyanın dağılmasını sürətləndirdi. Qorbaçovun hakimiyyətə gəlişinin 6-cı ilində SSRİ dağıldı. Ona görə də, Si Cinpin “strateji səhv” dedikdə SSRİ-dəki islahatları nəzərdə tutub. Yəni kommunist lider hesab edir ki, Çin siyasi islahatlara başlasa, fikir müxtəlifliyinə şərait yaratsa, ölkənin SSRİ kimi dağılması labüd olacaq. 


Si Cinpinin məntiqinə görə, Kommunist Partiyası ölkəni doğru istiqamətdə inkişaf etdirir və nəyisə dəyişməyə ehtiyac yoxdur. Siyasi sistem olduğu kimi qalmalıdır. Si Cinpin məqaləsində ABŞ-la qarşıdurmadan, Tayvan böhranından da söz açıb. Çin lideri ölkəsinin xarici və təhlükəsizlik siyasətində prinsipial mövqeyindən geri çəkilməyəcəyini bir daha vurğulayıb. Bu, o deməkdir ki, Pekin Tayvana nəzarət siyasətindən imtina etməyəcək və ABŞ-la gərginlik davam edəcək”.  

 

Politoloqun sözlərinə görə, Si Cinpin Çin Kommunist Partiyasının 16 oktyabr qurultayında üçüncü dəfə partiyanın sədri seçilmək istəyir: 

 

“Onun yazdığı məqalə bu məqsədə xidmət edir. Ancaq bu gedişat partiya sıralarında heç də hamının ürəyincə deyil. Çünki bir qrup kommunist hesab edir ki, Si Cinpin 1980-ci illərdən qoyulan ənənəni pozur. Bu ənənəyə görə, bir şəxs partiyada iki dəfədən çox sədr seçilməməlidir. Bundan başqa illərdir artım göstərən Çin iqtisadiyyatında ciddi problemlər müşahidə edilir. Ümumdünya Bankının hesabatına görə, Çin iqtisadiyyatı bu il cəmi 2.8 faiz artım göstərə bilər. Halbuki Çin hakimiyyəti 5.5 artıma çatacaqlarına ümid edirdilər. Bir qrup kommunist iqtisadiyyatdakı geriləməni Si Cinpinin yanlış idarəetməsi ilə əsaslandırır”. 


Turan Rzayev,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...