Bakıda 20 evdən oğurluq edən dəstə üzvləri saxlanılıb - VİDEO

Bakıda 20 evdən oğurluq edən dəstə üzvləri saxlanılıb - VİDEO

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar.

 

DİN-dən Sfera.az-a verilən məlumata görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuşlar Ümüd Kərimov və Nihat Qafari tutulublar. Onların Xəzər rayonunun Binə və digər qəsəbələrində 9 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları məlum olub. Saxlanılan şəxslər əldə etdikləri qızl-zinət və məişət əşyalarını paytaxt ərazisindəki ticarət mərkəzlərindən birində satıblar.

 

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı Binə qəsəbəsində oğurluqlar edən digər dəstənin üzvləri – əvvəllər məhkum olunmuş Sərhad Əmirov, Sübhan Ağayev vəə Ramin Qarayev tutulublar. Bu şəxslərin Xəzər rayonunda 7 evdən və 1 mağazadan oğurluq etdikləri müəyyən edilib. Onların Binə qəsəbəsində yerləşən mağazadan 1600 manat oğurladıqları müəyyən edilib.Araşdırma zamanı bu şəxslərin həmçinin paytaxtın Suraxanı və Sabunçu rayonlarında da daha 3 mənzildən oğurluqlar etdikləri sübuta yetirilib.

 

Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Adları çəkilən şəxslərlə əlbir olan dəstənin digər üzvlərinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər.

 

 


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...