Rusiya İran hərbçilərini Ukraynaya gətirib – ABŞ kəşfiyyat məlumatlarını açıqladı

Rusiya İran hərbçilərini Ukraynaya gətirib – ABŞ kəşfiyyat məlumatlarını açıqladı

ABŞ Müharibə Araşdırmaları İnstitunun məlumatına görə, Rusiya İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı şəxsi heyəti rus hərbçilərinə “Şahed-136” PUA-larından istifadəni öyrətmək üçün Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinə gətirib.

 

Bildirilib ki, iranlı təlimatçılar Ukraynada, o cümlədən Nikolayev və Odessa vilayətlərində mülki hədəflərə pilotsuz təyyarələrin buraxılmasına birbaşa nəzarət edirlər. Təxminən bir ay əvvəl də İran istehsallı PUA- ların Ukraynadakı savaşda iştirak etməsinə dair məlumat yayılmışdı və bu, ciddi ajiotaja səbəb olmuşdu. İran XİN isə indiyədək bunu təkzib edir, Rusiyaya PUA vermədiyini bildirir.

 

Maraqlıdır, İranın Ukrayna savaşında rolu nədən ibarətdir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, müharibədə Rusiyanın uduzması İran üçün o qədər də arzuolunan deyil:

 

“Görünür, İran Rusiyaya dəstəyini artırmaq qərarına gəlib. ABŞ-ın Müharibə Tədqiqatları İnstitutunun yaydığı məlumat da məhz bu baxımdan qiymətləndirilməlidir. Əslində İranın Rusiyaya dəstəyini artacağı gözlənilən idi. Hətta istisna deyil ki, müharibə bir az da davam edərsə, İran döyüşlərin birbaşa iştirakçısı olacaq. Bütün hallarda yaxın gələcəkdə Kiyevlə Tehran arasındakı əlaqələrin bir az da gərginləşəcəyi mümkündür. Bu XİN, hətta dövlət başçıları səviyyəsində müşahidə oluna bilər”.

 

Müsahibimiz qeyd edib ki, İranın Rusiyaya artan yardımları bir sıra Qərb ölkələrinin, o cümlədən ABŞ -ın maraqlarında deyil:

 

“Vaşinqtonla Tehran arasındakı münasibətlər məlumdur. Ağ  Evin əsas rəqiblərindən biri də cənub qonşumuzdur. Bu mənada İranın Ukraynada Qərbin maraqlarına zidd hərəkət etməsi, əlbəttə, tərəflər arasında gərginliklə nəticələnə bilər. ABŞ-ın yaxın gələcəkdə İrana əlavə sanksiyalar tətbiq edəcəyi istisna deyil. Yəni İranın Ukraynadakı savaşda iştirakı təkcə regional yox, həm də qlobal xarakter daşıyır. Bu, həm də Rusiyanın tədricən zəiflədiyini göstərir. Ukraynadakı döyüşlər indiyədək lokal xarakter daşıyırdı. Amma bundan sonra müharibənin miqyasının genişlənəcəyi və dünya savaşının elan olunacağı heç də utopiya deyil”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...