General müsadirə olunan malları görün harada gizlədirmiş - FAKTLAR

General müsadirə olunan malları görün harada gizlədirmiş - FAKTLAR

Həbs olunan Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin sabiq rəisi Məsum Rəsulov barəsində maraqlı faktlar üzə çıxıb.

 

Sfera.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, M. Rəsulov gömrük baxışı zamanı müsadirə olunan müxtəlif növ malları məhv etmək adıyla Abşeron rayonunun Fatmayı kəndində olan 2 hektar ərazidə yerləşən 3 mərtəbəli villasının zirzəmisində saxlayırmış. 

 

Daha sonra isə həmin mallar müxtəlif ticarət obyektlərinə verilərək satılırmış. 

 

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi çərçivəsində iyulun 14-də Məsum Rəsulov saxlanılıb.

 

M.Rəsulovun külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.

 

Xatırladaq ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...