Qara dəniz qaz idxalı üçün ən təhlükəsiz marşrutdur - “Qazprom”un rəhbəri

Qara dəniz qaz idxalı üçün ən təhlükəsiz marşrutdur - “Qazprom”un rəhbəri

Qara dəniz hazırda digər marşrutlara nisbətən daha təhlükəsiz qaz tranzit marşrutudur. Sfera.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə “Qazprom”un rəhbəri Aleksey Miller məlumat verib.



"Perspektivlərə gəldikdə, şübhəsiz ki, Qara dəniz hazırda bizə məlum olan bütün digər marşrutlardan daha təhlükəsiz marşrutdur" - deyə Miller mətbuata açıqlamasında bildirib.



Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putin Astanada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlarda Türkiyə ərazisindən keçən marşrut xəttinin Avropaya qaz nəqli üçün ən etibarlı marşrut olduğunu bildirmişdi.



Bundan əlavə, Rusiya Enerji Həftəsində Putin Avropa bazarlarını yanacaqla təmin etmək üçün Türkiyənin enerji mərkəzinin yaradılmasının mümkünlüyünü bildirib.



Rusiya baş nazirinin müavini Aleksandr Novak qovşağın yaradılması ideyasını perspektivli hesab edib. O, öz açıqlamasında layihənin vaxtı və həcminin onun istismar təhlükəsizliyinə təminatdan asılı olduğunu bildirib.


Qeyd edək ki, Rusiya prezidenti Putinin təklifi “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində qaz sızması aktından sonra gəlmişdi.

 

Aynil


OXŞAR XƏBƏRLƏR