Yaponiya Şimali Koreyanın ballistik raket atdığını elan etdi

Şimali Koreyanın (KXDR) Yapon dənizinə doğru ballistik raket atdığı güman edilir.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargahından məlumat verilib.
Yaponiya televiziya kanalında Şimali Koreya raketinin Yaponiyanın iqtisadi zonasından kənarda dənizə düşməsinə aydınlıq gətirilib. Sahil Mühafizəsi bölgədəki bütün gəmiləri raket parçaları aşkar edildiyi təqdirdə onlara yaxınlaşmamağa, dərhal səlahiyyətli qurumlarla əlaqə saxlamağa çağırıb.
Qeyd edək ki, keçən həftə KXDR uzaqmənzilli strateji qanadlı raketlərin sınaq buraxılışını uğurla həyata keçirdiyi və iki raket atdığı barədə məlumat verilmişdi. Məlumatda Qərbi Koreya dənizi üzərində oval və səkkizbucaqlı trayektoriya üzrə 10234 saniyə ərzində uçan iki uzunmənzilli strateji qanadlı raketin təxminən 2000 km məsafədə hədəfi vurduğu bildirilirdi.
Sınaq buraxılışına Şimali Koreya lideri Kim Çen In rəhbərlik edib.
Oktyabrın 8-də ABŞ Silahlı Qüvvələri Hind-Sakit Okean Komandanlığı KXDR-in yeni raket buraxılışlarının Pxenyanın hərbi proqramlarının sabitliyi pozma cəhdi olduğunu bəyan etmişdi.
Bəyanatda həmçinin Şimali Koreyanın Yapon dənizinə doğru ballistik raket atdığı da bildirilirdi. Yaponiya hökuməti raket buraxılışı ilə bağlı məlumatları müzakirə etmək üçün Milli Təhlükəsizlik Şurasını toplayıb.
Xatırladaq ki, sentyabrın 25-də Şimali Koreyaya məxsus naməlum ballistik raketin Yapon dənizinə buraxıldığı bildirilib.
Öz növbəsində Cənubi Koreya ordusu Şimali Koreyanın sualtı qayıq vasitəsilə şərq sahillərinə ballistik raketin buraxılması hazırlığını aşkarladığını bildirmişdi.
Aynil