NATO-dan kritik Rusiya AÇIQLAMASI

NATO-dan kritik Rusiya AÇIQLAMASI

NATO Baş katibi Yens Stoltenberq Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO müdafiə nazirlərinin toplantısından sonra mətbuat konfransı keçirib. 

 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, NATO müdafiə nazirlərinin təhlükəsizlik baxımından mühüm məsələləri həll etmək üçün bir araya gəldiyini qeyd edən Stoltenberq müzakirə mövzuları barədə açıqlama verib.

 

Stoltenberq toplantıda Ukraynaya dəstək, Rusiyanı çəkindirmək üçün atılacaq addımlar, kəşfiyyat məlumatlarının paylaşılması kimi mövzuların müzakirə edildiyini bildirib.

 

Stoltenberq bildirib ki, Vladimir Putin döyüş meydanındakı uğursuzluqlarına təcavüzkar addımlarla cavab verir:


“Qismən səfərbərlik, düşünülməmiş nüvə ritorikası, mülki şəxslərə və infrastruktura qarşı hücumlar işğaldan sonra ən gərgin mərhələyə çatıb”.


Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında keçirilən səsvermədə Rusiyanın Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin Ukraynadan ayrılmasının səs çoxluğu ilə qınanılmasını alqışladıqlarını ifadə edən Stoltenberq  “Bu, beynəlxalq hüquq qaydaları nizamnaməsinə əsaslanan hüquqi bəyanatdır. Həmçinin bizim Ukraynanı müdafiə etmək üçün onun yanında olduğumuza dair güclü mesajdır” - deyə qeyd edib. 

 

NATO-nun Rusiya-Ukrayna müharibəsinin tərəfdarı olmadığını açıqlayan Stoltenberq lazım olduğu müddətcə Ukraynanı dəstəkləməyə davam edəcəklərini bildirib.
Ukraynanın şərq və cənubda Rusiya qüvvələrini geri çəkilməyə məcbur etməklə irəliləyiş əldə etdiyini vurğulayan Stoltenberq NATO müttəfiqlərinin Ukraynaya artilleriya, hava hücumundan müdafiə sistemləri və zirehli maşınlar da daxil olmaqla silah yardımı etdiyini xatırladıb.


OXŞAR XƏBƏRLƏR