İraqın yeni prezidenti o seçildi

İraqın yeni prezidenti o seçildi

İraqın yeni prezidenti müstəqil namizədliyini irəli sürən Əbdüllətif Məhəmməd Camal Rəşid seçilib.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, sessiyanın ikinci turunda Camal Rəşid 162 səslə ölkənin yeni prezidenti olub.

 

Qeyd edək ki, 1944-cü ildə anadan olmuş, KYB üzvü olan yeni prezident İraqın Su Ehtiyatları Nazirliyi və keçmiş prezident Cəlal Təlabaninin müşaviri vəzifələrində çalışıb.


OXŞAR XƏBƏRLƏR