ABŞ-ın qaz hasilatında rekord – Avropa üçün Rusiyanı əvəz edə biləcəkmi?

ABŞ-ın qaz hasilatında rekord – Avropa üçün Rusiyanı əvəz edə biləcəkmi?

Sentyabrda ABŞ təbii qaz hasilatını rekord həddə çatdırıb.


Sfera.az ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq məlumatına istinadən xəbər verir ki, ölkədə gündəlik hasilat 2,8 milyard kubmetrə çatıb. Bu illik müqayisədə 1 trilyon kub metr qaz deməkdir. 


Gündəlik hasilat artmaqla yanaşı ABŞ-ın qaz ehtiyatları 12,1 milyard kubmetrə yüksəlib. Bu da son 5 illik orta göstəricidən 20 faiz çoxdur. Hasilatın artmasından sonra ABŞ hər gün ixracını gündə orta hesabla 286 milyon kubmetrə çatdırıb.


Qeyd edək ki, ABŞ şirkətlərinin qaz hasilatını artırmasına səbəb ilk növbədə Avropada artan tələbatla bağlıdır. Son bir ay ərzində bütün maye qaz qurğuları tam gücü ilə işləyir.


ABŞ-ın maye qaz ixracının 70 faizi Avropanın payına düşür. Bu tədarüklər sayəsində Rusiya qazından asılılığa son qoymağa çalışan Avropa İttifaqı yeraltı qaz anbarlarına daha böyük həcmdə qaz vurur. Artıq Avropanın yeraltı anbarlarında doluluq səviyyəsi 90 faizi keçib. 


Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol Avropanın qarşıdan gələn qışı problemsiz keçəcəyi və növbəti qışa hazırlaşmağın lazım olduğu fikrini bildirib. Rusiya isə əmindir ki, rus qazı olmadan Avropa şəhərləri qışda donacaq.


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR