Paşinyan Astanaya niyə getmədi? – Dördtərəfli görüşdən qaçış

Paşinyan Astanaya niyə getmədi? – Dördtərəfli görüşdən qaçış

Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan və Rusiya lideri Vladimir Putin hazırda Astanadadır.  Bundan öncə ŞƏT-in toplantısında dördtərəfli görüş, yaxud qeyri-rəsmi danışıqlar imkanı yaransa da, Ermənistan Baş naziri Nikol Paşinyan son anda Səmərqəndə getməkdən imtina edərək, əvəzində Praqaya getdi.

 

Bəs Astanada dördtərəfli görüş baş tuta bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, Nikol Paşinyanın Astanaya gəlməsi haqqında məlumat təsdiqlənməyib, nə də təqdim edilən fotolarda o görünmür:

 

“Yəqin ki, bura gəlməkdən yenə imtina edib. Amma Astanada Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan rəhbərləri arasında görüşün təşkil edilməsi, Avropanın irəli sürdüyü təkliflərin nəzərdən keçirilməsi maraqlı olardı. Bildiyimiz kimi Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyadan xəbərsiz addım atması, müstəqil siyasət yeritməsi rus media orqanlarında əsas müzakirə olunan mövzulardandır. Amma Astanada dördtərəfli görüşün təşkil olunması ilə bağlı ümidlər azdır. Bu haqda proqnoz vermək mümkün deyil. Burada Azərbaycan prezidenti və Ermənistan baş nazirinin görüşü və ya Rusiya, Türkiyənin vasitəçiliyi ilə bu görüşün keçirilməsi nəzərdə tutulmayıb. Belə görüşləri tez-tələsik keçirmək mümkün deyil, buna hazırlaşmaq lazımdır. Digər tərəfdən, Praqa görüşündən qısa zaman ötüb və bu müddətdə yeni formatda yeni görüşün keçirilməsi nə dərəcədə məqsədəuyğundur, demək olmur. Düşünürəm ki, orada görüşün keçirilməsi gözlənilməzdir”.

 

Müsahibimiz bildirib ki, Paşinyan tədbirdə iştirak edəcəksə, həm Azərbaycan , həm Türkiyə, həm də Rusiya  prezidentləri ilə epizodik görüşlər ola bilər:

 

“Necə ki, bundan əvvəlki görüşdən sonra Paşinyan Rusiyaya getdi və Avropada keçirilən görüşlərin nəticəsiz olduğunu Putinə çatdırdı, fikrimcə, burada da Nikol eyni fikirləri müdafiə edə bilər. Bundan başqa, görüşün keçirilməyəcəyinə işarə edən məsələlərdən biri də görüş haqqında hələ Rusiyada müzakirələrin davam etməsidir. Paşinyanın Brüsseldə üzərinə götürdüyü öhdəliklər bildiyimiz kimi Rusiya tərəfindən təsdiqlənməmiş və məsləhət görülməmiş məsələlər idi. Həmçinin Avropa nümayəndələrinin Ermənistan sərhədində missiya ilə fəaliyyətə başlaması da Rusiya tərəfindən qəbul olunacaq məsələ deyil. Bütün bunlar haqqında Paşinyandan ciddi izahat tələb olunsa da, bunun verilmədiyi haqqında məlumatlar var. Çünki Rusiya Ermənistanla Brüssel görüşündən sonra hansı tonda danışacağını hələ müəyyənləşdirməyib.

 

Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqazda olan problemlər bir qədər  arxa plana çəkilib, Rusiya proseslərə ciddi diqqət yetirə bilmir. Bu səbəbdən Paşinyan Rusiyadan müstəqil hərəkət edir. Düşünürəm ki, Moskvada yaxud Rusiyanın vasitəçiliyi ilə üçtərəfli və ya dördtərəfli görüşün keçirilməsi gözləniləndir. Amma bu, Paşinyandan zəruri izahatı  alandan və ya nəzərdə tutduğu məsələnin nədən ibarət olduğunu bildikdən sonra baş tutacaq. İndiki halda isə Astanada Azərbaycan və Ermənistan arasındakı sülh müqaviləsi barədə müzakirələrin olacağı görüşün keçirilməsi proqnozlaşdırılmır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Belarus “Oreşnik”i istifadəyə verəcək - "Sabah Putinlə danışacağıq"

Belarus bu ilin sonuna kimi Rusiyanın ən son orta mənzilli “Oreşnik” ballistik raket sisteminin iki buraxılış qurğusunu istifadəyə verməyə hazırdır....

Azərbaycanda uşaq bağçasında uçqun - dağıntılar altında az yaşlı var

Bərdədə uşaq bağçasında uçqun olub.     Sfera.az xəbər verir ki, Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə Bərdə şəhər...

Sumqayıtda avtobus piyadanı vuraraq öldürüb

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.   Sfera.az "Oxu.Az"-a istinadən xəbər verir ki,...

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib - FƏRMAN

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib.   Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bun...

Dövlət Agentliyinin hərbi qulluqçuları təltif edilib - Siyahı

Prezident İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi barədə Sərəncam imzalayıb.   Sfera.a...

Bu bürclər ehtiyatlı olmalıdır - Vacib qərarlar təxirə salınmalıdır

Bu günlər astroloji baxımından maraqlı təsirlərlə doludur. Merkuri retroqradı Qoç bürcündə başlayır və 29 martda Balıq bürcünə keçərək 7 aprelə qədər davam edəc...