“Məndən asılı olsa, çoxdan Kiyevdə olardım” – Səfir Elmira Axundova

“Məndən asılı olsa, çoxdan Kiyevdə olardım” – Səfir Elmira Axundova

Son günlər Rusiyanın Kiyevi bombalamasından sonra Azərbaycanın Ukraynadıkı səfiri Elmira Axundovanın Kiyevdəki vəzifəsinin başında olub-olmaması məsələsi yenidən aktuallaşıb.

 

Qeyd edək ki, hazırda səfir xanımı səfirliyin müvəqqəti işlər vəkili əvəz edir.

 

Sfera.az xəbər verir ki, Bizim.Media-ya danışan Elmira Axundovanın sözlərinə görə, hazırda Kiyevdə olmamasının səbəbi ondan asılı deyil:

 

“Biz dövlət adamıyıq. Fikrim də, istəyim də var. Məndən asılı olsaydı, çoxdan Kiyevdə olardım. Mənim vəzifəmi kimsə icra etmir. Sadəcə səfir ölkədə olmayanda, onu kimsə əvəz edir. Bu, adi praktikadır. Ona görə ona müvəqqəti deyirlər”, - deyə xanım səfir qeyd edib.
 


Xatırladaq ki, 24 fevraldan etibarən Rusiyanın Ukraynada həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlar çərçivəsində bir çox ölkə səfirlikləri ilə yanaşı Azərbaycan səfirliyinin nümayəndələri də Ukraynanı tərk etmişdilər.

 

Hazırda diplomatik missiyamız bu ölkədə fəaliyyətini bərpa edib.


OXŞAR XƏBƏRLƏR

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...