Baydendən daha bir SƏHV: Oğlunun İraqda öldüyünü dedi - VİDEO

10:55 / 13.10.2022
2451
Sağlamlıq problemləri ilə tez-tez gündəmə gələn ABŞ Prezidenti Co Bayden yenidən səhvə yol verib.
Sfera.az xəbər verir ki, Bayden Kolorado ştatının Vail şəhərində etdiyi çıxışında səhvən oğlu Bonun İraqda öldüyünü bildirib.
"Bunu bir oğul atası kimi deyirəm, o, xidmət medalı olan Bürünc Ulduz qazandı və İraqda öldü", - Bayden qeyd edib.
Xatırladaq ki, Baydenin böyük oğlu Bo Bayden 2015-ci ildə xərçəngdən vəfat edib.
Turan Rzayev,
Sfera.az