Məşhur reper şirkət rəhbərlərinə pornoqrafik video göstərdi

Məşhur reper şirkət rəhbərlərinə pornoqrafik video göstərdi

21-ci Qremmi Mükafatı ilə dünyanın ən məşhur sənətçilərindən birinə çevrilən Kanye Uest şirkət rəhbərlərinə seksual xarakterli film nümayiş etdirərkən görüntülənib.

 

Son illər bir çox qalmaqallara imza atan sənətçini buna vadar edən səbəblər nədir?
 

Sfera.az xəbər verir ki, dünyanın ən məşhur R&B (RAP) sənətçilərindən biri olan Kanye Uestin qalmaqalları demək olar ki, səngimək bilmir. Üç gün konsert meydançasında yatmağa çalışan, mükafatlandırma mərasimlərində digər məşhur adlarla mübahisə etməkdən çəkinməyən, Qremmi festivalı zamanı tualetdə video çəkən Uest son hərəkətləri ilə yenidən gündəm olmağı bacarıb.

 

“Yeezy” brendi üçün dünyanın ən məşhur ayaqqabı firması “Adidas” ilə əməkdaşlıq edən 44 yaşlı sənətçi yeni yayımlanan görüntüdə bu markanın rəhbərlərinə pornoqrafik filmlər nümayiş etdirərkən görüntülənib. Görüntülərdən görünür ki, brend menecerləri əvvəlcə videonun nə olduğunu anlamayıblar. Mövzudan agah olduqda isə utanc hissi keçiriblər.
 

Uestin bu videonu başqalarına niyə göstərmək istəməsi dəqiq məlum deyil. Videoda Uestin şirkət rəhbərlərinə qarşı qəzəbli olduğu da görünür.

 

Sənətçi deyir: “Mən burada məndən az pulu olan insanlarla pulu müzakirə etmirəm. Məndən daha az fikri olan insanlarla mübahisə edirəm”.
 

Kanye Uestin şirkət rəhbərlərinə nümayiş etdirdiyi videodan sonra “Adidas” sənətçi ilə əməkdaşlığını “mədəni formada” rədd edib. Uest özü də bu yaxınlarda “Adidas” və “GAP” ilə əməkdaşlığının müddəti bitdikdə bu müqavilələri yeniləməyəcəyini bildirmişdi. Sənətçinin “Adidas”la 2026, “GAP” ilə isə 2030-cu ildə müqavilə müddəti başa çatır. Lakin sənətçi “GAP” ilə müqaviləni ləğv etmək üçün rəsmi bitmə tarixini gözləməyib. Uestin hesabı son bir neçə gündə antisemit ifadələr işlətdiyi üçün Twitter və İnstagram sosial platformaları tərəfindən də qısa müddətli bloklanıb.
 

Sənətçiyə son bir neçə ildə bipolyar şəxsiyyət pozğunluğu diaqnozu qoyulduğu məlum olub. Bu xəstəliyə qısaca insanın əhval-ruhiyyəsində, enerjisində və aydın düşünmə qabiliyyətində sürətli dəyişikliklərin yaşanması deyilir. Mütəxəssislərin fikrincə stress, çox sevdiyi birinin itkisi və ya digər travmatik hadisələr bipolyar pozğunluğa təsir göstərən ən önəmli faktorlardır.
 

West bipolyar pozğunluqdan əziyyət çəkdiyi açıqlanmadan əvvəl musiqisindəki dəyişikliklər pərəstişkarları tərəfindən də çaşqınlıqla qarşılanmışdı.
 

İzləyicilər sosial şəbəkələrdə “nə isə bir şeylər səhv getdi" kimi şərhlər yazmışdı. 2020-ci ildə qatıldığı müsabiqədə o, "Allah onunla danışır" iddiası etmiş, bir qədər sonra "səhnənin tozunu sovurmalı olduğunu" söyləmişdi.

 

Westin bir lirikası var: "Mən bipolyar olmağa nifrət edirəm amma bu, əladır!"
 

2019-cu ildə verdiyi müsahibədə xəstəliyi ilə bağlı açıqlama verən repper : “Bu vəziyyət hər bir insanın başına gələ bilər. Ya anadangəlmə, ya vadar edilib, ya da içindən çıxa bilər” demişdi. İştirak etdiyi başqa bir tok-şouda o xəstəliyinə görə hər şeyin "sui-qəsd nəzəriyyəsi" kimi göründüyünü söyləyib. ABŞ prezidentliyinə namizədliyini irəli sürən Uest sui-qəsd nəzəriyyələrinə inandığını deyib: “Sanki kimsə beynimə çip qoyub”.


Xatırladaq ki, Kanye Uest 2020-ci ildə səhhətində baş verən dəyişikliklər səbəbilə səhnəyə polad jiletlə çıxmağa başlayıb, saçlarını sıfırlamışdı. Uest qaradərili amerikalıların ən həssas olduğu köləliyin də seçim olduğunu deməklə hər kəsi şok etmişdi.

 

Bəziləri Uestin anası Dondanın 2007-ci ildə plastik cərrahiyyə masasında vəfat etdikdən sonra dəyişildiyini iddia edirlər.
 

Uest ötən il çıxardığı son albomuna rəhmətə gedən anasının adını verməsi də diqqət çəkib.
 

Albomdakı "Jesus Lord" mahnısı belə bitir:
 

“Mən Məsihlə danışsaydım, anamı dünyaya qaytara bilərdimmi? Və əgər bu gecə ölsəm, axirətdə onu görəcəyəmmi? (İsa) Amma hər şeyin faciə olduğu həqiqətə qayıt (Allah)”.


Aynil

 


OXŞAR XƏBƏRLƏR

Sarıcalıya növbəti köç karvanı yola salınıb

Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb.   Sfera.az xəbər verir ki, Ağdam rayonunun yenidən qurulmuş Sarıcalı kəndinə bu mə...

Satışdakı qidalara qadağan olunan maddələr vurulur?

Son dövrlər insanlar təbii qidalardan uzaqlaşaraq getdikcə daha çox qatqılarla dolu qablaşdırılmış məhsullara üstünlük verirlər.   Bu məhsulların pra...

“Kızılcık Şerbeti”ndən ayrılır

“Kızılcık Şerbeti” serialında daha bir ayrılıq gözlənilir.   Sfera.az bildirir ki, layihənin sezon finalından öncə Meri obrazını canlandı...

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...