Zaxarova Qərbi ittiham etdi: "Onları anti-Rusiya oyunlarına cəlb etmək cəhdləri..."

Dünya ölkələri kollektiv Qərbin onları anti-Rusiya oyunlarına cəlb etmək cəhdlərini qəti şəkildə rədd edir.
Sfera.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə verdiyi açıqlamasında bildirib.
"Obyektiv mənzərə var - dünya ölkələri onları anti-Rusiya oyunlarına cəlb etmək cəhdlərinə qəti şəkildə "yox" deyir” - deyə Zaxarova bildirib.
İndiki vəziyyətdə Moskva ilə Kiyev arasında danışıqlar mümkündürmü?
Zaxarovanın sözlərinə görə, Asiya, Afrika və bir çox başqa ölkələr artıq Rusiyanın təcrid olunmasına qarşı çıxıblar. O, bir çox protokol və maddi sənədlərin bunu təsdiqlədiyini vurğulayıb.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 7-də Şərq İqtisadi Forumunun plenar iclasında Rusiyanın təcrid olunmasının yolverilməz olduğunu bildirmişdi.
Putin Qərb ölkələrinin bütün cəhdlərinin əbəs olduğunu və bunun yalnız axmaqlığın nümayişinə xidmət etdiyini vurğulamışdı.
Bundan əlavə, prezident Rusiya ilə əməkdaşlığa hazır olan ölkələrə dəstək məqsədilə işadamlarını ölkədə daşınma şirkətləri açmağa çağırmışdı.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu da qərbin sanksiya cəhdlərinin uğursuz olduğunu açıqlamışdı. O, Rusiyanın hələ də qabaqcıl elmi, inkişaf etmiş sənayesi və hərbi-sənaye kompleksi olan ölkə olaraq qaldığını bildirmişdi.
Aynil