Fransa Kiyevə hərbi yardım vədi verdi - Makronu nə narahat edir?

Fransa Ukraynaya əlavə “SEZAR” artilleriya qurğularının verilməsində Danimarka ilə əməkdaşlıq edir.
Sfera.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron mətbuata açıqlamasında bildirib.
“Münaqişə başlayandan bəri biz Ukraynaya 18 "SEZAR" özüyeriyən hərbi qurğu vermişik, indi isə daha 6-nı vermək niyyətindəyik”- dövlət başçısı telekanala müsahibəsində deyib.
O qeyd edib ki, rəsmi Paris Kopenhagenlə silah mövzusunu müzakirə etməsinin səbəbi onların əvvəlcə Danimarka üçün nəzərdə tutulmasıdır.
Fransa xalqının bir qismi isə prezidentin Kiyevə "SEZAR" özüyeriyən artilleriya qurğularının (AKS) göndərmək planlarından qəzəbləniblər. İnternet istifadəçiləri ölkə hakimiyyətini öz vətəndaşlarının maraqlarına məhəl qoymadığına görə tənqid ediblər.
Makron Rusiyanın Ukraynaya bir sıra zərbələri ilə bağlı həddən artıq narahatlığını fadə edib və ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı zamanı Fransanın Ukraynaya hərbi yardımını artıracağını vəd edib.
Qeyd edək ki, Fransa "SEZAR" özüyeriyən qurğular və ağır artilleriya da daxil olmaqla Kiyevə silah tədarükünü davam etdirmək niyyətində olduğunu açıqlayıb.
Rusiya isə hərbi əməliyyatları davam etdirir.
Aynil