Birdən-birə 10 yaş cavanlaşmanın DÜSTURU

Gənc dəriyə sahib olmaq üçün mütəmadi olaraq ona qulluq etmək lazımdır. Zaman keçdikcə dərinizdə kollagen çatışmazlığı yaranır və dəridə qırışlar aşkar olur. Dərinin qırışmasının qarşısını almaq və incə cizgilər sahib olmaq üçün yaşlanma əleyhinə qulluq vasitələrini tətbiq etmək vacibdir. Dəri hüceyrələrini qidalandıran, bərpa edən və yeniləyən qulluq proqramı sayəsində 10 il cavan görünə bilərsiniz.
Sfera.az oxucuları üçün peşəkar mütəxəssislərin dərini cavanlaşdıran qulluq vasitələrini təqdim edir:
Zamanla dərinizdə görünən incə xəttlər qırışlara çevrilir və bəzən tünd ləkələr qocalmanın ən bariz əlamətləri hesab olunur.
Dərinin qocalmasının qarşısını almaq və hər zaman gənc qalmaq üçün ev şəraitində mütəmadi olaraq ona qulluq etmək lazımdır. Dərinizin vaxtından əvvəl qocalmasını istəmirsinizsə, bu tövsiyələrə əməl etməyiniz məsləhətdir.
Gənc dərilər üçün nəmləndirici
Dəridə olan quruluq və qıcıqlanma dərinin qüsursuz görünüşünü korlayır. Susuz dəridə incə xəttlər və dəri qüsurları daha qabarıq görünür. Bu səbəbdən də hər gün davamlı olaraq dərinizə nəmləndirici sürtmək lazımdır.
Qarışıq, yağlı, quru və həssas dərilər üçün mövcud nəmləndiricilər arasından dərinizə ən uyğun nəmləndiricini seçin. Dərinizi təmizlədikdən sonra hər gün masaj edərək tətbiq edin. Nəmləndirici istifadə edərək dərinizin xarici faktorlara qarşı baryerini gücləndirin.
Hər yay günəş kremi mütləqdir
Günəş şüalarına çox məruz qalan dəri vaxtından əvvəl qocalır. UItra-bənövşəyi şüalarının zərərli təsiri dəridə qırışların və ləkələrin yaranmasına səbəb olur. Dərinin təbii və sağlam toxuması zədələnir.
Dərini günəş şüalarından qorumaq üçün günəş kremindən istifadə etmək lazımdır. Ümumiyyətlə, hər kəs yayda günəş kremindən istifadə etməyə üstünlük verir.
Yalnız yayda günəşdən qoruyucu istifadə etmək, dərini tam qorumaq demək deyil. Bütün fəsillərdə müntəzəm olaraq günəşdən qoruyucu kremlərdən istifadə etməyi vərdiş halına gətirməlisiniz.
Yaşlanma əleyhinə üzüm tumu yağı
Üzüm çəyirdəyi yağı yaşlanma əleyhinə dəriyə qulluqda çox istifadə olunur. Üzüm çəyirdəyi yağı antioksidantlar və omeqa yağ turşuları ilə zəngin təbii yağdır. Daimi istifadə edildikdə dərini dartaraq liftinq effekti verir və bərpa etməyə kömək edir.
Üzüm çəyirdəyi yağı dəri tonunu da balanslaşdırır. Daha parlaq və hamar bir dəriyə sahib olmağa kömək edir.
Üzüm çəyirdəyi yağını ovuclarınıza töküb əllərinizi bir-birinə sürtərək isidə və nəmləndirici maska kimi dərinizə bol miqdarda çəkə bilərsiniz.
C vitamini ilə zəngin məhsullar
Tərkibində C vitamini olan dəriyə qulluq məhsulları dərini sözün əsl mənasında nəmlə doyurur. Dərinin gücləndirir və xarici faktorlara qarşı daha dözümlü edir.
Vitamin C serumları dərinin kollagen istehsalını da təmin edir. Bu xüsusiyyəti sayəsində qocalma əlamətlərini yox edir və dərinin vaxtından əvvəl qocalmasının qarşısını alır. Yaşlandıqca belə, C vitamini istifadə edərək kollagen istehsalını saxlaya bilərsiniz. Gündəlik dəriyə qulluq rutininizə C vitamini serumlarını daxil etməklə cavanlaşa bilərsiniz.
GÖZ DƏRƏSİNƏ QULLUQ
Göz ətrafındakı qırışlar həmişə yaşınızı bəlli edir. Bu səbəbdən gündəlik olaraq göz ətrafınıza qulluq etməlisiniz.
Göz ətrafındakı qırışları yüngülləşdirən və nəmləndirən kremlərlə göz ətrafınıza qulluq edə bilərsiniz.
Əgər peşəkar məhsullardan istifadə etmək istəmirsinizsə, göz ətrafınız üçün evdə təbii üsulları da sınaya bilərsiniz. Təravətləndirici xiyar maskası ilə göz ətrafınıza parlaq və gənc görünüş verə bilərsiniz.
1 çay qaşığı doğranmış xiyarla 1 çay qaşığı qızılgül suyu qarışdırın.
Qarışığı yuvarlaq pambığa çəkin və gözlərinizin altına qoyun.
10-15 dəqiqədən sonra isti su ilə yuyun.
(Həftədə bir dəfə tətbiq etmək şərtdir).
Aynil