Sülh müqaviləsi ilə bağlı Ermənistandan - AÇIQLAMA

Siyasət
23:55 / 12.10.2022
11448
“Ermənistan və Azərbaycan ilin sonuna qədər sülh müqaviləsi imzalamaq niyyətindədirlər”.
Sfera.az xəbər verir ki,bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.
O həmçinin qeyd edib ki, ilin sonunadək delimitasiya prosesinin aparılması ilə bağlı razılıq var. Sülh müqaviləsi və delimitasiya bir-biri ilə əlaqəlidir.
Qriqoryan qeyd edib ki, bu yanaşma sülh müqaviləsinin Ermənistanla Azərbaycan arasında münasibətləri tənzimləyəcəyini güman edir.