Onun “Fənərbaxça”da qalmasına təəccübləndim - Rossi

Macarıstan Millisinin baş məşqçisi Marko Rossi "Fənərbağça"nın müdafiəçisi Attila Szalai ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Sfera.az xəbər verir ki, xüsusilə son illər göstərdiyi performansla diqqət çəkən Macarıstan Millisinin məşqçisi Marko Rossi mətbuata verdiyi açıqlamada Macarıstan millisinin uğurlarından tutmuş Türkiyə yığması və Xorxe Jesusa qədər bir çox mövzuya toxunub.
Son matçda İtaliyaya 2:0 hesabı ilə məğlub olsalar da daha artığına layiq olduqlarını və bəxtlərinin gətirmədiyini vurğulayan Rossi xalları layiqincə aldıqlarını düşündüyünü qeyd edib.
“Attila Szalainin Fənərbaxçada qalmasına təəccübləndinizmi?” sualına isə Rossi belə cavab verib:
“Hadisələrin necə cərəyan etdiyini bilmirəm. Yəqin ki, bu klub idarə heyəti ilə birlikdə verilən qərardır. Atillanın İspaniya, İngiltərə, Almaniya kimi liqalardan birinə gedəcəyi deyilir. Düzünü desəm, onlardan birinə keçəcəyini düşünürdüm. Ayrılmaması mənim üçün bir az sürpriz oldu, amma eybi yoxdur. Attila böyük klubda əsas heyətdə oynayır. Komanda üçün çox vacib oyunçudur. “Fənərbaxça” artıq türk futboluna hakim olan klubdur” - deyə bildirib.
Rossi bu mövsüm “Fənərbaxça” oyunlarına baxmadığını deyib:
“Təəssüf ki, hələ ki, izləmək imkanım olmayıb. Çünki siyahı açıqlamazdan əvvəl mən sadəcə Attila Szalainin zədəli olub-olmadığını araşdırıram (gülür). Etiraf edim ki, mən ona çox baxmıram və klubdakı çıxışına əhəmiyyət vermirəm. Bu vaxtı başqa oyunçulara həsr edirəm. Çünki Atillaya çox güvənirəm” - qeyd edib.
Aynil