Xəstəxanalarda dərman çatışmazlığı ilə bağlı - AÇIQLAMA

Cəmiyyət
21:42 / 12.10.2022
5645
Tibb müəssisələrində "Adrenalin" çatışmazlığı ilə bağlı Agentliyə müraciət daxil olmayıb.
Sfera.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) bildirilib.
Qeyd edilib ki, TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələri tərəfindən Agentliyə təqdim olunan müraciət əsasında cari il ərzində "Adrenalin" dərman preparatının təchizatı təmin edilib.
"Hazırda sözügedən tibb müəssisələri tərəfindən adı çəkilən dərman vasitəsinin çatışmazlığı ilə bağlı Agentliyə heç bir müraciət daxil olmayıb", açıqlamada deyilir.