Laçında tarixi abidələrlə bağlı işlərə başlanıldı

Cəmiyyət
19:21 / 12.10.2022
9056
Laçında tarix-memarlıq abidələrinin ilkin inventarlaşdırılma və monitorinq tədbirlərinə başlanılıb.
Bu barədə Sfera.az-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
İşlər Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən aparılır.