Bu rayonun bir hissəsində qaz olmayacaq

Bu rayonun bir hissəsində qaz olmayacaq

SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Lək” QPS-in girişin hissəsində quraşdırılmış qurğunun dəyişdirilməsi və digər avadanlıqlarda aşkar olunmuş qaz sızmasının ləğvi ilə bağlı, 13.10.2022-ci il tarixdə saat 09:00-dan işlər başa çatanadək “Lək” QPS-dən “Lək 1-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

 

“Azəriqaz” İstehsalat Birliyindən Sfera.az-a verilən məlumata görə, təmir aparılan müddətdə Ucar rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


OXŞAR XƏBƏRLƏR